Goranboyda sel suları körpünün ətrafından keçən yolu keçilməz edib - FOTO


Goranboyda güclü yağış nəticəsində yaranan sel suları körpünün ətrafından keçən yola dolub.
Bəzi minik maşınları idarə edənlər xoş olmayan “süpriz”i görüb geriyə qayıtmağa məcbur qalır.
Dayanacağa, səkiyə qalxan su, lil qatı piyadalarında hərəkətini də çətinləşdirib.
Bəzi sürüclər isə avtomobilini kənarda saxlayıb müxtəlif vasitələrlə körpünün ətrafına dolan suyun azaldılmasına çalışır.
Görüntülər Goranboyun Boluslu kəndi ərazisində inşa edilən, Bakı-Qazax avtomagistralı üzərindəki körpünün ətrafında lentə alınıb.
Günün ikinci yarsında güclənən yağış Goranboyda çətinlik yaradıb.
Hətta həmin ərazidən keçən sürücülərdən biri avtomobilin qeydiyyat nişanını da itirib.
Tərtər, Naftalan şəhərlərindən gələn sürücülər sözügedən körpüyə qalxmaqla Gəncə-Qazax-Gürcüstan istiqamətinə, körpüyə qalxamadan isə Yevlax, Mingəçevir, Bakıya hərəkət edə bilirlər.
Goranboy sakinləri bildirir ki, aramsız yağan yağışdan sonra körpünün ətrafı belə vəziyyətə düşür.
Qeyd edək ki, körpünün hər iki tərəfinə dolan su, yağış gücləndikcə daha da artır. Adiyyatı qurumlar isə mövcud problemin həll edilməsi üçün hələ ki, addımlar atmağa tələsmir.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top