Ukrayna “Bayraktar”ları Qara dənizdə sınaqdan keçirdi - VİDEO


Ukrayna Müdafiə Nazirliyi Türkiyədən satın aldığı "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını (PUA) Qara dəniz üzərində sınaqdan keçirdiyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik "Bayraktar TB2"yi Qaradəniz sahillərində yerləşən Herson şəhərində test etdiyini və Kosa adası ətrafında manevrə sınaqlarını uğurla başa çatdırdığını qeyd edib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi 14 dekabr 2020-ci ildə ordu üçün gəmi və PUA istaehsalı ilə bağlı Türkiyə ilə müqavilə imzaladığını elan etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top