Vasif İsmayıl qəzaya düşdü


Tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə həkim özünün sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
O bildirib ki, hadisə martın 27-si axşam saatlarında qeydə alınıb: “Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi. Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldır. Kəmər taxma alışqanlığım olmasa, yəqin, başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!”

DİGƏR XƏBƏRLƏR

Top