BDU-nun iki dosenti vəfat etdi - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib.
Universitetdən Yeniavaz.com-a bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov 84 yaşında dünyasını dəyişib.
A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

BDU-nun Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib.
P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.
O, geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb.
67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top