İndoneziyada kilsəyə hücum nəticəsində 9 nəfər yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Sulavesi əyalətinin paytaxtı Makasarda baş verib.
Belə ki, partlayıcı maddə ilə yüklənmiş motosiklet kilsənin qarşısında partladılıb.
9 nəfərin yaralandığı hadisədə kilsəyə xeyli ziyan dəyib.
Həmin anlar ətrafdakı kameralar tərəfindən lentə alınıb.