Böyük dəbilqə: Daha iki cüdoçumuz tatamiyə çıxır


Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulacaq.
Yeniavaz.com
xəbəbr verir ki, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək.
Mirzəyev 1/32 finalda qətərli Reda Nafva ilə üz-üzə gələcək. Bu görüşün qalibi növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə rəqib olacaq.
Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edəcək. O, Qalimjan Krikbay (Qazaxıstan) - Cemal Erdoğan (Türkiyə) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb. Hazırda Azərbaycan 80 ölkə arasında 13-cüdür.

DİGƏR XƏBƏRLƏR

Top