BDU-nun müəllimi vəfat edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.

N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin (o zamankı ADU-red) Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb.

1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb.

1982-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top