8 nəfərin sərvəti 3,6 milyard insanın sərvətinə bərabərdir

Dünyanın ən varlı 8 nəfərin sərvəti planetin əhalisinin yarısının - 3,6 milyard insanın sərvətinə bərabərdir. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İngiltərənin “Oxfam” yardım quruluşunun məlumatında deyilir. Həmin 8 nəfər bunlardır – “Microsoft”un qurucusu Bill Qeyts (75 milyard dollar), İspaniyanın textil nəhəngi “Inditex”in qurucusu Amaniko Orteqa (67 milyard), investor Varren Baffett (61 milyard), meksikalı iş adamı Karlos Slim (50 milyard), “Amazon”un qurucusu Ceff Bezos (45 milayrd), “Facebook”un qurucusu Mark Zukerberq (45 milyard), “Oracle”nin təsisiçisi Larri Elison (44 milyard) və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq (40 milyard dollar). Yoxsulluğa qarşı mübarizə aparan “Oxfam” daha əvvəl 62 kişinin dünya əhalisinin yarısının sərvətinə malik olduğunu bəyan edib. Ancaq İsveçrənin “Credit Suisse” bankından aldığı yeni məlumatla bu rəqəm 8-ə enib. “Oxfam”ın məlumatına görə, hər 10 nəfərdən 7-si son 30 ildir bərabərsizliyin artdığı bir ölkədə yaşayır, varlılar sərvətlərini sürətlə artırdığı üçün dünyada ilk trilyoner 25 il ərzində peyda olacaq, yalnız 170 il sonra qadınlar kişilər qədər maaş ala biləcəklər, yoxsul ölkələr ofşor zonalar səbəbindən 100 milyard dollar zərər görür.

DİGƏR XƏBƏRLƏR

Top