Bülbülün evinin bərpa layihəsi hazırdır


“Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik”.

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
Səfirin sözlərinə görə, daha sonra Rizvan Bayramov bir dəfə Şuşaya gedib:
“Necə deyərlər, hər şeyi ölçdü, biçdi. Artıq Bülbülün evinin bərpa layihəsi hazırdır. Hər bir xırda detalına kimi layihə hazırlanıb. Bilirəm ki, Bülbülün evinin bərpası ilə bağlı könüllü memarlar da öz layihələrini hazırlayıblar.
Onlara çox minnətdaram. Çox sağ olsunlar. Prezidentin tapşırığına əsasən, bu layihə artıq hazırdır. İndi bu layihənin razılaşdırılması prosesi gedir. Daha sonra biz işə başlayacağıq. İnanıram ki, çox qısa zamanda Bülbülün evi, daha doğrusu, ev muzeyi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq.
Bu il ərzində bərpa işlərini tamamlayacağıq. İnanıram ki, Şuşanı çox yaxşı gələcək gözləyir”.

DİGƏR XƏBƏRLƏR

Top