Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlandı


Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlayan 5 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top