Sabunçunun icra başçısı peyvənd olundu - FOTO


Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev “COVID-19” əleyhinə 2-ci dəfə peyvənd olunub.

Yeniavaz.com xəbər verir ki, icra başçısına 2-ci doza vaksin tətbiq edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
RİH-dən bildirilib ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən “COVID-19” xəstəliyi əleyhinə mübarizə çərçivəsində əhali arasında maarifləndirmə işləri mütəmadi olaraq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top