Ermənistan DİN-dən açıqlama: "Ermənilər pasportlarına "Azərbaycan" yazılması üçün müraciət edirlər" – VİDEO


Bu günlərdə belə bir məlumat yayıldı ki, Qarabağda doğulmuş şəxsə Ermənistanda verilmiş pasportda doğum yeri olaraq Azərbaycan qeyd olunub.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyindən Azadlıq radiosunun erməni xidmətinə verilən məlumatda qeyd edilir ki, bu, yenilik deyil.
Müstəqillik dövründən bu günədək Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hakimiyyəti zamanı Qarabağda verilən pasportlarda doğum yeri olaraq Azərbaycan göstərilir.
Ermənistan DİN-dən bildirilib ki, bunun əksini istəyən erməni vətəndaşları sonralar ciddi problemlərlə üzləşirlər. Buna görə də sonradan bir çox erməni müraciət edərək pasportunda doğum yerinə "Azərbaycan" yazılmasını tələb edir.
Daha ətraflı videoda:

DİGƏR XƏBƏRLƏR

Top