“Türkiyədəki 3 milyon suriyalının 80 faizinin burada qalacağı gözlənilir”

Türkiyədə yaşayan təqribən 3 milyon suriyalının 80 faizinin burada qalacağı gözlənilir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş ombudsmanı Şərəf Malkoç deyib. Onun sözlərinə görə, hazırda Türkiyədə yaşayan suriyalı qaçqınların sayı 3 milyona yaxındır: “Digər ölkələrdən gələn qaçqınları da bura əlavə etsək, Türkiyədə yaşayan qaçqın sayı 4 milyona çatıb. 4 milyonluq rəqəm dünyada və hətta Avropadakı bir çox ölkənin əhalisinin sayından çoxdur. Hazırda Türkiyədə 500 mindən çox qaçqın uşaq ibtidai təhsil alır. Müqayisə üçün Finlandiyada isə ibtidai sinifdə oxuyan şagirdlərin sayı 370 minə yaxındır”. Ş. Malkoç qeyd edib ki, BMT-nin statistikalarına əsasən, başqa bir ölkəyə köçənlərin yalnız 20 faizi öz ölkəsinə qayıdır: “Bu statistikanı nəzərə alsaq, ölkmizdəki 3 milyon suriyalının 80 faizinin burada qalacağı gözlənilir”.

DİGƏR XƏBƏRLƏR

Top