Paşinyan Putinə zəng etdi - Qarabağı müzakirə ediblər


Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiaya prezidenti Vladimir Putin araslnda telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardı.
Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən bölgədəki vəziyyətin sabitləşdiyi və ümumiyyətlə sakit olduğu məmnunluqla bildirildi.
Enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıldı.


 

DİGƏR XƏBƏRLƏR

Top