Bu gün koronavirusa yoluxanların sayı kəskin artdı - 24 nəfər vəfat etdi


Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.
Qeyd edək ki, dünən 25 mart tarixində koronavirus (COVID-19) infeksiyasına 1429  yoluxma faktı qeydə alınıb, 17 nəfər vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top