Göygöldə körpünün altında meyit tapılıb - YENİLƏNİB

Göygöldə meyti tapılanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, meyiti aşkarlanan Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb.

Meyit tanınmaz hala düşdüyündən ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonunun Quşqara kəndində, körpünün altında meyit aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Tapılan meytin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top