“Kurtlar Vadisi”nin aktyoru koronavirusdan öldü - FOTO


Şimali Makedoniyanın məşhur aktyoru Luran Ahmeti koronavirusdan vəfat edib.

Türkiyə mətbuatının yazdığına görə, koronavirusa yoluxan 46 yaşlı aktyor paytaxt Skopyedə yerləşən dövlət xəstəxanasında müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
Məlumat üçün qeyd edək ki, Luran Ahmeti Türkiyədə müxtəlif filmlərdə rol alıb. Tamaşaçılar onu  “Kurtlar Vadisi” filmində oynadığı rolu ilə daha çox tanıyıb.
Bundan başqa aktyor  “Muhteşem Yüzyıl Kösem”, “Mutlu Ol Yeter” kimi türk filmlərində də yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top