Ovçu ərəblər: "Biz 10 ildir burada ov edirik və bunun üçün külli miqdarda pul ödəyirik"

Son bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə ərəblərin Azərbaycana ov etməsilə bağlı görüntülər yayılmaqda və ciddi müzakirə olunmaqdadır.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə aparılan bu müzakirələrə Azərbaycana səfər edən ərəb turistlərdə qoşulub. Ərəb turistlərdən biri sosial şəbəkədə yazıb ki, Azərbaycana pul ödəyərək səfər edirlər. Ərəb turist qeyd edir ki, 10 ildir Azərbaycanda ov edirlər və bunun üçün Ekologiya nazirliyinə pul ödəyirlər. “Ekologiya nazirliyi ov icazəsi üçün qeyri-rəsmi adambaşı 2500 dollar alır. Azərbaycana gətirdiyimiz  şahinlərimizin ölkəyə girişinə görə isə hər şahin başına bizdən 500 dollar alınır”, - deyə ərəb turist yazıb.




 

DİGƏR XƏBƏRLƏR

Top