DÇ-2022: İngiltərə və Almaniyadan darmadağın, İspaniyadan heç-heçə


DÇ-2022-nin seçmə mərhələsinin ilk turuna yekun vurulub.

İkinci oyun günündə 5 qrupda 13 görüş keçirilib. Gecənin sensasiyası İspaniyanın evdə Yunanıstanı məğlub edə bilməməsi olub.

Əvəzində İngiltərə San Marino, Almaniya İslandiya üzərində darmadağınla, İtaliya Şimali İrlandiya üzərində inamlı qələbə qazanıb.

Polşa isə səfərdə Macarıstanla qarşılaşmada əzmkar heç-heçəyə nail olub.

DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart

B qrupu
23:45. İspaniya - Yunanıstan - 1:1

Qollar: Alvaro Morata, 33 - Anastasios Bakasetas, 57 (pen.)

23:45. İsveç - Gürcüstan - 1:0

Qol: Viktor Klaesson, 35

C qrupu
21:00. Bolqarıstan - İsveçrə - 1:3

Qollar: Kiril Despodov, 46 - Brel-Donald Embolo, 7. Haris Seferoviç, 10. Stiven Tsuber13

23:45. İtaliya - Şimali İrlandiya - 2:0

Qollar: Domeniko Berardi, 14. Çiro İmmobile, 39

F qrupu
21:00. İsrail - Danimarka - 0:2

Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67

23:45. Şotlandiya - Avstriya - 2:2

Qollar: Qrant Henli, 71. Con Makginn, 85 - Saşa Kalayciç, 55; 80

23:45. Moldova - Farer adaları - 1:1

Qollar: İon Nikolaesku, 9 - Maynhard Olsen, 83

I qrupu
23:45. İngiltərə - San-Marino - 5:0

Qollar: Ceyms Uord-Prouz, 14. Dominik Kalvert-Lüin, 21; 53. Rəhim Sterlinq, 31. Olli Uotkins, 83

23:45. Macarıstan - Polşa - 3:3

Qollar: Roland Şallai, 6. Adam Şalai, 53. Villi Orban, 78 - Kşiştof Pyontek, 60. Kamil Yuzvyak, 61. Robert Levandovski, 83

23:45. Andorra - Albaniya - 0:1

Qol: Ermir Lenyani, 41

J qrupu
23:45. Almaniya - İslandiya - 3:0

Qollar: Leon Qoretska, 3. Kay Haverts, 7. İlkay Gündoğan, 56

23:45. Rumıniya - Şimali Makedoniya - 3:2

Qollar: Florin Tenase, 28. Valentin Mixeyle, 50. Yanis Haci, 86 - Ariyan Ademi, 82. Aleksandar Traykovski, 83

23:45. Lixtenşteyn - Ermənistan - 0:1

Qol: Noa Frommelt, 83 (öz qapısına)

Qeyd edək ki, ilk turun birinci oyun günündə də 13 görüş keçirilib.//report

DİGƏR XƏBƏRLƏR

Top