Koronavirusa yoluxan tanınmış aparıcı: "Müalicə çox bahadır" - VİDEO


Yeni növ koronavirusa  yoluxan tanınmış aparıcı Aytən Səfərova videomüraciət yayıb.
Yeniavaz.com
xəbər verir ki, iki gündür müalicə alan Aytən Səfərova  dərmanların baha olduğunu bildirib:
“Bu virus sanki insanı eşidir. Sanki bir canlı kimi insanın içində oturub və qulaq asır. Deyirlər ağırlaşmalar, fəsadlar hələ qabaqdadır. Ümidvaram ki, onu da normal keçirəcəm. Düşünürsən, o qədər adam sağalıb, sən də keçirəcəksən. Nə vaxt ki düşünürsən, temperaturum bayaq endi, yeni bir güc ilə gələcək, inandırım sizi, bir müddət sonra hərarət 39 dərəcəyə qalxır. Çox bahalı müalicədir. Bir qan dərmanı adambaşına 150 manata gəlib çıxır. Dərmanlar çox bahadır”.

DİGƏR XƏBƏRLƏR

Top