Ərəblər bu dəfə Qaxda nadir quşları ovladılar - VİDEO


“Ecofront” səhifəsi ərəb turistlərin Acınohur çölündə qanunsuz quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayıb.

Yeniavaz.com xəbər verir ki, ərəblər bu dəfə nadir Qafqaz durnası, bəzgək kimi quşları ovlayıblar. Qafqaz durnalarının təbiətdə sayı 200-250 cütdən ibarətdir.

Qeyd edək ki, bir neçə gün əvvəl ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub.

Acınohur ərazisində çəkilmiş görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi. 
 



 

DİGƏR XƏBƏRLƏR

Top