Azərbaycanda COVID-19-a yoluxanların sayı 1400-ü keçdi, 17 nəfər vəfat etdi


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir.

Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top