Şamdakı Rusiya səfirliyinə mərmi atılıb

Suriyanın paytaxtı Şam şəhərindəki Rusiya səfirliyinə top mərmisi düşüb. “Yeniavaz.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov mətbuata açıqlamasında belə deyib: "Suriyadakı Rusiya səfirliyi, 28 Oktyabrda terroristlərin bombardımanına məruz qalıb. Hücum, hökumət əleyhinə olan qüvvələrin nəzarətində olan Cobar bölgəsindən təşkil olunub. Mərmilərdən biri, səfirlik binasının girişinə yaxın digəri isə hasarların xaricində partlayıb". Hücum zamanı insan tələfatı baş verməsə də, səfirlik binası ciddi dərəcədə zərər görüb.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top