Mingəçevirdə beşmərtəbəli yataqxana binasında yanğın baş verib - FOTO


 Mingəçevirdə beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, binada Yusibova Naziləyə məxsus 1 otaqlı mənzil əşyaları ilə birlikdə tamamilə yanıb. Ağdamdan məcburi köçkün olan Nazilə Yusibova deyir ki, evdə 7 nəfər qeydiyyatdadırlar:
”Biz evdə olmamışıq.Səhər 4-də mənə zəng gəlib ki, eviniz yanıb. Evdə oğlum olub. Qonşular yanğınsöndürə briqadasına zəng vurublar. Bütün sənədlərim yanıb, 30 ildir burda yaşıyırıq". 
Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top