Xocalıda etdiyi qəddarlıqlarla tanınan generalın yaxın qohumu qəzada öldü - TƏFƏRRÜAT


Xocalı Soyqırımı zamanı törətdiyi qəddarlıqlarla tanınan erməni  generalın qardaşı oğlu avtomobil qəzasında ölüb.
Yeniavaz.com
"news.am"a istinadla xəbər verir ki, qəza Eçmiədzin-Marqara yolunda baş verib. Belə ki, naməlum sürücü maqistral yolda 58 yaşlı Aşot Amiryanı vuraraq öldürüb. Hadisədən sonra avtomobil aşıb. Sürücü hadisə yerindən qaçıb. Hələlik sürücünün kim olduğu və avtomobilin dövlət nömrə qeydiyyat nişanı bilinmir. Verilən məlumatlara görə, Aşot Amiryan bu yaxınlarda xəstəlikdən ölən və Xocalı Soyqırımı zamanı törətdiyi qəddarlıqlarla tanınan  erməni general Manvel Qriqoryanın qardaşı oğludur. 

DİGƏR XƏBƏRLƏR

Top