Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 milyon 756 min 768-ə, yoluxanların sayı isə 125 milyon 436 min 393-ə çatıb. 101 milyon 304 min 932 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 30 milyon 704 min 292 nəfər koronavirusa yoluxub, 558 min 422 nəfər isə ölüb.