Fransa polisi "McDonald's"ın keçmiş top-menecerlərini saxladı


Fransa polisi "McDonald's" fastfud restoranlar şəbəkəsinin Avropa filiallarının dörd keçmiş top-menecerini saxlayıb.

Bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.

Bildirilib ki, onlar ehtimal edilən vergidən yayınma işi üzrə başlanmış istintaq çərçivəsində saxlanılıb.

Məlumata əsasən, söhbət "McDonald's"ın Avropada filialının keçmiş rəhbəri Denis Ennekene, şirkətin Fransadakı keçmiş rəhbəri Jan-Pyer Peti, eləcə də maliyyə direktoru və bu təşkilatların icraçı direktorundan gedir.

Keçmiş top-menecerlər həbs edilib, onlar artıq Maliyyə Cinayətləri Departamentinin əməkdaşları tərəfindən dindiriliblər.// Trend

DİGƏR XƏBƏRLƏR

Top