DÇ-2022-nin seçmə mərhələsi start götürür.
A qrupunda yer alan Azərbaycan millisi bu gün ilk oyununa çıxacaq.
Canni de Byazinin yetirmələri son Avropa çempionu Portuqaliya ilə üz-üzə gələcək. Portuqaliyalılar koronavirus pandemiyası səbəbindən yığmamızı öz ölkəsində deyil, İtaliyanın Turin şəhərində qəbul edəcək.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, I tur
24 mart
23:45. Portuqaliya – Azərbaycan - 1:0
Qol: Maksim Medvedev, 37 (öz qapısına)
Baş hakim: Daniel Siebert (Almaniya)
Portuqaliya: 12. Antoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 20. Joao Kanselo, 5. Nuno Mendeş, 19. Pedro Neto, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 18. Ruben Neves, 7. Kriştianu Ronaldo (k), 9. Andre Silva
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luiş Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serxio Oliveyra, 15. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik Soareş, 23. Joao Feliks
Baş məşqçi: Fernando Santos
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 21. Namik Ələskərov, 22. Amil Yunanov
Baş məşqçi: Canni de Byazi
Turin. “Yuventus” stadionu
Apasport