"Google"nin loqosunu "bəzəyən" yeganə azərbaycanlı - FOTOLAR

Hər hansı bir tarixi günlərdə "Google"un saytına daxil olanda onun müəyyən simvol və işarələrlə yazıldığının şahidi oluruq. "Yeniavaz.com" xəbər verir ki, sayta marağın artmasına müsbət təsir edən bu simvollardan "Google" ilk dəfə 1998-ci ildə istifadə edib. O vaxt "Burning Man" adlı festivala gedən "Google"un təsisçiləri - Larry Page və Sergey Brin ofisdə olmadıqlarını və festivala getdiklərini bildirmək üçün bu üsuldan istifadə ediblər. O gündən bu günə "Google" bu ənənəyə sadiq qalıb.

Məlumat üçün bildirək ki, "Google" bugünə kimi saytınadakı loqosunu 2 dəfə Azərbaycana həsr edib. İlk dəfə 13 sentyabr 2013-cü ildə "Google" öz loqosunu dahi bəstəkarımız Üzeyr Hacıbəyovun anadan olmasının 128-ci ildönümünə həsr edib. İkinci dəfə isə 18 oktyabr 2013-cü Azərbaycan Respublikasının Müstəqilli Günü bayramı ilə əlaqədar olaraq "Google" şirkəti saytınakı loqosunun yazılışında ölkəmizin geribindən istifadə edib. Bunlardan başqa "Google" şirkəti ənənəvi olaraq hər ilin mart ayının 21 -də öz loqosunu Novruz bayramına həsr edir. Məlumat üçün onu da bildirək ki, əvvəllər, daha doğrusu 2014-cü ilə kimi "Google" 21-22 mart tarixlərini İranda Yeni ilin gəlişi kimi xatırladıb və loqosunu da bu mövzuya həsr edib. Lakin 2014-cü ildən etibarən 21 mart tarixi "Google" nun saytında Novruz bayramı olaraq qeyd olunur.

13 sentyabr 2013-cü ildə "Google" öz loqosunu dahi bəstəkarımız Üzeyr Hacıbəyovun anadan olmasının 128-ci ildönümünə həsr edib

18 oktyabr 2013-cü Azərbaycan Respublikasının Müstəqilli Günü bayramı ilə əlaqədar olaraq "Google" şirkəti saytınakı loqosunun yazılışında ölkəmizin geribindən istifadə edib

DİGƏR XƏBƏRLƏR

Top