Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq


Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.

Bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana aviareyslər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək. //Report

DİGƏR XƏBƏRLƏR

Top