“MilliÖN” terminalının oğurlanması cəhdinin qarşısı alındı


24 mart tarixində gecə saatlarında Sumqayıt şəhərində “Komtec” şirkətinə məxsus “MilliÖN” ödəniş terminalının oğurlanmasına cəhd olunub. Polisin sayıqlığı və operativliyi nəticəsində oğurluq etmək istəyən şəxslər cinayət əməli törədərkən yaxalanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Komtec” şirkətindən bildirilib.

Qeyd olunub ki, “Komtec” şirkəti “MilliÖN” terminalları vasitəsilə Azərbaycanın minlərlə nöqtəsində, hətta ən ucqar bölgələrdə əhalinin kommunal, mobil, bank və digər ödənişlərini asan və ən qısa müddətdə həyata keçirməsi üçün xidmətlər təklif edir.

“Milli ödəmə nöqtəsi” devizi altında öz fəaliyyətini genişləndirən MilliÖN ödəmə terminalları şəbəkəsinin operatoru olan “Komtec”  şirkəti əhalinin ödəniş xidmətlərinə əlçatanlığını daha da artırmaq məqsədi ilə günü gündən bütün rayon və kəndlərdə təmsil olunmağı prioritet istiqamət olaraq müəyyən edib.

“Komtec” şirkəti bu cür əməllərin qarşısının alınmasına və ödəniş nöqtələrinin təhlükəsizliyinin təmin olunmasına görə daxili işlər orqanlarına təşəkkürünü bildirir.

DİGƏR XƏBƏRLƏR

Top