Bakı sakinini hədələyib, pulunu və maşınını əlindən aldılar


Martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirilib, pulu və maşını əlindən alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top