Ərdoğandan Qarabağ müharibəsi ilə bağlı AÇIQLAMA


“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) VII Qurultayında çıxışı zamanı dilə gətirib.
Ərdoğanın sözlərinə görə, Minsk Qrupu ilə böhranı həll etmək istəyənlər 30 ildə məsələni daha qarışıq hala gətirdilər: “Azərbaycanlı qardaşlarımız bu müddətdə dialoq üçün əmək sərf etdi, lakin Ermənistan tərəfi hücumlara davam etdi, dialoqa zərbə vuran tərəf oldu. Ermənistan ordusu yenidən hücuma keçəndə Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında yer aldıq. Dastanlara yazılacaq mübarizə ilə murdar işğal başa çatdı”.

DİGƏR XƏBƏRLƏR

Top