Bu gün Şəhid Həşimov Natiqin şəhadət günüdür


Bu gün Şəhid Həşimov Natiq Canəli oğlunun şəhadət günüdür.

Yeniavaz.com xatırladır ki, Natiq Həşimov 1974-cü ilin 6 dekabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Masallı rayonunun Hişkədərə kəndindən anadan olub. Hişkədərə kəndində yerləşən orta məktəbi bitirdikdən sonra bir müddət Qazaxıstan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. 24 may 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə başlamışdır. 1995-ci ilin 24 mart tarixində Azərbaycan Respublikası Ağdam rayonunu Mərzili kəndi yaxınlığında düşmən təxribatının qarşısını alarkən şəhid olmuşdur.
Allah rəhmət eləsin! Şəhidlərimizi unutmayaq!

DİGƏR XƏBƏRLƏR

Top