Azərbaycanda peyvənd olunanların sayı 494 mini ötüb


Martın 23-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 22,966 nəfər vaksinasiya olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top