Bakıda qəza: Küçələri su basdı - VİDEO

Binəqədidə su borusu partladı. 

Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 

Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, artıq təmir işlərinə başlanılıb:

“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.

Həmin görüntüləri təqdim edirik:


(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top