Bakıda bayram tonqalında yanan kişi xəstəxanada öldü


Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top