Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - ŞƏRH


"Bəzi iqtisadi şərhlərdə bu fikir tez-tez səsləndirilir ki, Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli edir".
Yeniavaz.com
xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edərkən bildirib.

“Nəzəri olaraq doğru yanaşmadır. Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşmə sürəti ilə inflyasiya da az qala paralel sürətlə davam edir. Ötən ilin yekunlarına görə, 20%-dən bir qədər yüksək inflyasiya qeydə alındı. Bu ilin 2 ayının nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən 16%-ə yaxın olub.

Alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edir. Bu isə o deməkdir ki, Türkiyə məhsul və xidmətlərinin rəqabətqabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi avantajın əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir.

Məsələn, lirə nominal olaraq manat qarşısında 15% ucuzlaşıbsa, amma ordakı inflyasiya ilə Azərbaycanın göstəricisindən 12% yüksək olubsa, bu halda lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3% təşkil edir. Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır", - R.Ağayev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top