Britaniya müdafiə strategiyasını dəyişir: robotlar, pilotsuz təyyarələr


Böyük Britaniya müdafiə strategiyasını dəyişdirir.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, ordudakı əsgərlərin sayının azaldılması, müdafiə strategiyasında robotlar, pilotsuz təyyarələr və kiber müharibə texnologiyasına diqqət yetirilməsi planlaşdırılıb.

Hazırlanan yeni müdafiə strategiyasında tank və döyüş təyyarələrinin sayının azaldılması, hərbi gəmilərin, sualtı qayıqların və dəniz piyadalarının isə sayının artırılması gözlənilir.

Azaldılması düşünülən əsgər sayının son dəyişikliklərlə 70 min nəfərə endirilməsi planlaşdırılır. Britaniya ordusundakı əsgər sayı 80 min nəfərdir.

Bu, Soyuq Müharibə bitdikdən sonra orduda alınan ən böyük dəyişiklik və investisiya planıdır.

DİGƏR XƏBƏRLƏR

Top