Qaraciyərinizin xəstə olduğunu göstərən - 10 ƏLAMƏT


Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat tərzi, vərdişləri onu sıradan çıxarmağa yönəlib. İndi çox insan qaraciyərindən şikayətçidir, çoxu qaraciyərinin vəziyyətindən xəbərsizdir, simptomlara əhəmiyyət vermir, sonda isə qaraciyərin tam sıradan çıxması ilə üz-üzə qalır.


Əgər sizdə bu simptomlardan azı 5-i varsa, o zaman təcili terapevt, hepatoloq və qastronenteroloqa getməlisiz. Bu əlamətlərin bəziləri o qədər qeyri-adidir ki, insan qaraciyərindən heç şübhələnmir.

1. Xəstəliyin başlanğıcında iştah azalır, tamam itir, yediklərinin dadını hiss etmirsən, aclıq hissi olsa da yeməyə həvəs olmur, yedikdən sonra ağırlıq, ağrı əlamətləri yaranır
2.Səbəbsiz əzginlik, yorğunluq, zəiflik, ürəkbulanma – xüsusən səhərlər və axşama doğru əlamətlərin kəskinləşməsi
3.Dəridə sarı, qəhvəyi ləkələnmə, səpkilər, xüsusən qanayan səpkilər, dərialtı qançır, qansızmalar
4.Əzələ, oynaq, sümüklər sızıldayır, ağrıyır
5.Gözlərdə, göz dibində, ağızda, boğazda quruluq
6.Dilin gücgü kimi hamarlaşması, mərmər effekti, tünd qırmızı rəng alması
7.Əl barmaqlarının formasının dəyişməsi, baraban çubuğuna bənzəməsi, barmaqların tam düz açılmasına maneə, barmaqların əsməsi
8.Kişilərdə süd vəzilərin böyüməsi, tüklənmənin pozulması
9.Ovucların saralması, rənginin dəyişməsi
10.Sidiyin rənginin və qoxusunun dəyişməsi, tündlük və kəskin qoxu
Bu əlamətlər qaraciyərlə əlaqəsini qan və sidik analizi ilə təsdiqini tapacaq. Analizlərdə dəyişikliklər göz önündə olacaq.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top