Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır


Bir müddət əvvəl koronavirusa yoluxan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır. 

Bu barədə onun oğlu Toğrul Məmmədli  REAL TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, atasının müalicəsi xəstəxanada davam edir: 

"Həkimlər əllərindən gələni edir.  Sadəcə onun yanaşı xəstəlikləri olduğuna görə COVİD-i daha ağır keçirir. Atamın vəziyyəti  heç də qənaətbəxş deyil".

DİGƏR XƏBƏRLƏR

Top