Koronavirusa yoluxanların sayı 1300-ü keçdi - 18 nəfər vəfat etdi


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567 nəfərdir.
Ölkədə son sutka ərzində 8 517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top