Sürücülərin diqqətinə: Azərbaycanda qadın özünü maşının önünə atır - VİDEO


Azərbaycanda maraqlı “qəza anı” təhlükəsizlik kameralarına düşüb.  
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan həmin kadrlarda bir qadın qaçaraq özünün qarşıdan gələn avtomobilin önünə atır.  
Həmin an ətrafda heç kim olmasa da, dərhal əraziyə bir neçə nəfər gələrək hal “şahidi” rolunu oynamağa başlayır. İlk baxışda sürücünün qadını vurması təsəvvürü yaradılsa da, ətrafda olan təhlükəsizlik kameralarında əks olunan görüntülər tam əksini deməyə imkan verir. 
Belə ki, kamera görüntülərində qadının bilərək yolun hərəkət hissəsinə çıxması və qaçaraq qarşıdan gələn avtomobilin önündə uzanması açıq-aydın görünür. 
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top