2000 hərbçi, 100-dan çox hərbi texnika – Rusiya Qafqazda təlimlərə başlayır

İki mindən çox rusiyalı hərbçi tanınmamış Abxaziya respublikasında və Rusiyanın Krasnodar diyarı ətrafında gecə atışları həyata keçirəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsindən deyiblər. Təlimlərdə T-72B3 tipli tanklardan və ZTR-82AM tipli zirehli nəqliyyat vasitələrindən silah atışları həyata keçiriləcək. Təlimlər Abxaziyadakı Qudauta və Naqvalou poliqonlarında, eləcə də Krasnodarın Malkino poliqonunda təşkil ediləcək. Ümumilikdə təlimlərə 100-dan artıq hərbi texnika cəlb ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top