Tanınmış həkim: "Bayram ziyarətləri yoluxmanı artıra bilər"


Bayram günlərində ictimai nəqliyyat işləməməsi yoluxmanın azalmasına təsir edə bilərmi? 
Maraqlıdır görəsən bayramdan sonra bizi nə gözləyir?
Tanınmış həkim radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyevin sözlərinə görə ictimai nəqliyyatın hərəkətinin dayaması məntiqli olaraq yoluxma sayının azalmasına kömək ola bilər:
“Lakin digər tərəfdən isə bayram günləri olduğuna görə, ictimai nəqliyyat işləməsə belə taksilərdən və ya şəxsi maşınlardan istifadə edərək qohumlarını ziyarət etməyə gedirlər. Bu günlərdə qohumların bir-birinə gediş-gəlişinin sayında artım müşahidə olunur. Bu da yoluxmanı yenidən artıra bilər”.
A.Əliyevin fikrincə, bu hər iki hal bir-birini kompensasiya edə bilər:
“Yəni yoluxma sayında dəyişilməmə və ya həddən artıq çox artım da müşahidə oluna bilər. Unutmayaq ki, əgər bayram günlərində həm ictimai nəqliyyatın işləməsi, həm də gediş-gəlişin çoxalması, yoluxmanın sayını daha çox artıra bilərdi.. Hər şey ola bilər. Rəqəmlərdə ciddi dəyişikliklər görməyə də bilərik”. 
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə epidemoloji vəziyyəti indidən heç kəsini bilə bilməyəcəyini qeyd edib:
“Vəziyyət pisləşərsə, əlbəttdəki karantin qaydaları sərtləşəcək və ya əksi yüngülləşərsə, yumşalmalar olacaq. Bayram müddəti çalışmaq lazımdır ki, karantin qaydalarına ciddi əməl olunsun. Çünki insanlarla təmasada nə qədər çox olsaq, yoluxma potensialımız da bir o qədər yüksək olar.
Düzdür vaksinasiyaya başlamışq. Lakin indiyənə qədər vaksin olunanların sayı hələ də yetərincə deyil. 
İkinci dalğada xəstəlik keçirənlərin hamısında immunitet yaranmıyıb, müdafiəsiz qalıb. Bütün bunları nəzərə alaraq təhlükənin real olduğunu başa düşmək lazımdır. Düşünürəm ki, pandemiyanın son zənginə qədər ehtiyatlı olmalı və karantin davranışlarına əməl etməliyik. Bayramdan sonra da vəziyyətə görə qərarlar veriləcək və bizdə onlara əməl edəcəyik”. //modern.az

DİGƏR XƏBƏRLƏR

Top