DYP-dən sürücülərə XƏBƏRDARLIQ


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Yeniavaz.com-un məlumatına görə, idarədən bildirilib ki, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.
“Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcədə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki avtomobilləri hündürmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - deyə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top