Nigeriyadakı türk məktəbinə hücum edilib: 7 nəfər qaçırılıb

Nigeriyada türk məktəbinə hücum edilib. "Yeniavaz.com" xarici KİV-ə istinadən xəbər verir ki, aralarında şagirdlərində olduğu 7 nəfər qaçırılıb. Oğurluq kimi qiymətləndirilən hücum hadisəsi araşdırılır.

Hadisə Nigeriyanın cənubunda yerləşən Ogun əyalətinindəki türk məktəbində baş verib. 2 şagirdlə 5 məktəb işçisi silahlılar tərəfindən girov götürülüb. Nigeriya polisinin məlumatına görə, 5 nəfər məktəb işçisindən biri türk müəllimdir.

Ogun əyaləti polisinin sözlərinə görə, 6 nigeriyalı və bir türk müəllimi qaçıran silahlılar polislə və ya rəsmilərlə əlaqə yaratmayıb. Qaçırılanların yara almadan qurtulması və bu hadisəyə səbəb olanları qanun qarşısına çıxarmaq üçün polis ciddi iş rejiminə keçib.

Məktəbin müdirinin açıqlamsına görə, məktəbin arxa tərəfindən tunel qazılaraq məktəbə girilib. Təhlükəsizlik xidmətimiz hadisə müdaxilə etməyə çalışsada, silahlı şəxslər oradakılara atəş açaraq qaçıblar.

Hadisə nəticəsində ölən və yaralanan olmadığı deyilir. Girov götürülənlərin 5-i qadındır. Bunların 3-nün məsləhətçi, 1-nin aşbaz digərinin isə müəllimə olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top