Dəhşətli cinayətin təfərrüatı: Ata qızına heroin vuraraq öldürüb - YENİLƏNİB


Xəzər rayon prokurorluğu atanın qızına zəhərli iynə vurub öldürməsi ilə əlaqədar məlumat yayıb.
Yeniavaz.com-a prokurorluqdan bildirilib ki, martın 22-də saat 23.00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***11:08
Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.

Yeniavaz.com "report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək övladına zəhərli iynə vuraraq öldürüb.
H.Salmanov saxlanılıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top