Ermənistanda itkin düşən hərbçilərdən biri ölüb


Ermənistanda itkin düşən iki hərbçidən biri ölüb.
Yeniavaz.com
“Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Cermukda yerləşən hərbi hissədə xidmət edən Aqasi Ovanisyan və Karen Şahnazaryanla əlaqə iki gün öncə kəsilib.
Axtarış nəticəsində A.Ovanisyanın meyiti tapılıb, K.Şahnazaryan isə hospitala yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, hərbçilər martın 21-də bir postdan digərinə keçən zaman güclü çovğun nəticəsində itkin düşmüşdülər.

DİGƏR XƏBƏRLƏR

Top