30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi - VİDEO


Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağını ziyarət edib.

Xəzər televiziyasının “Birinci studiya” verilişinin heyəti 83 yaşlı Xalq artistini ilk olaraq ata yurdu Sarıhacılı kəndinə gətiriblər. Görkəmli xanəndə doğma kəndinin dağıntılarını görüb, göz yaşlarına hakim ola bilməyib, aparıcıdan öpmək üçün yerdən daş verməsini xahiş edib.

Arif Babayev kənd qəbiristanlığında valideynlərinin məzarlarını ziyarət etmək istəyib, amma qəbiristanlıqda salamat bir məzar olmayıb. Xalq artisti gətirdiyi qərənfilləri qırılmış məzar daşlarının üzərinə düzüb. 

 

 

DİGƏR XƏBƏRLƏR

Top